No Image
No Image

HDQ komandanı Pakistanın döyüş gəmiləri ilə tanış oldu

HDQ komandanı Pakistanın döyüş gəmiləri ilə tanış oldu
Pakistan İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, hərbi nümayəndə heyətimiz əvvəlcə Pakistan dövlətinin qurucusu Məhəmməd Əli Cinnahın Kəraçi şəhərindəki mavzoleyini ziyarət edərək məzarı üzərinə əklil qoyub.

Sonra Azərbaycan nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri Donanmasını ziyarət edib. Kontr-admiral S.Bəkirovun Pakistan HDQ Donanmasının komandiri kontr-admiral Ovais Ahmad Bilqrami ilə görüşü zamanı Azərbaycan və Pakistan HDQ-nin əməkdaşlığı çərçivəsində döyüş gəmiləri arasında təcrübə mübadiləsinin aparılması, hərbi dənizçilərin qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə olunub.

Nümayəndə heyətimiz Pakistan HDQ Kəraçi Komandanlığının komandanı kontr-admiral Navid Aşraf ilə də görüşüb. Tərəflər hərbi dəniz infrastrukturunun inkişaf etdirilməsi, dəniz limanlarının mühafizəsinin təşkili və digər məsələləri nəzərdən keçiriblər.

Azərbaycan hərbi nümayəndə heyəti Kəraçi Gəmiqayırma və Mühəndislik İşləri Zavodunu da ziyarət edib. Müəssisə rəhbərliyi ilə keçirilən görüşlərdə zavodun istehsal gücü, müxtəlif növ və təyinatlı gəmilərin taktiki-texniki xüsusiyyətləri, onların döyüş tətbiqi, eləcə də silahlanmasında olan döyüş vasitələri barədə ətraflı brifinq təqdim edilib.

Sonra tərəflər gəmiqayırma və gəmilərin texniki xidməti üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin gündəliyinə 12 məsələ daxil edildi

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb. Sfera.az xəbər verir ki, iyunun 25-də keçiriləcək iclasın gündəliyinə 12 ...

Prezident onlara general-mayor rütbəsi verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rafiq Ramazanova "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az sərəncamın mətnin...

Prezident ona general-leytenant rütbəsi verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Fazil Ağalarova "general-leytenant” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az xəbər verir ki, sərəncamla...

İlham Əliyev Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdi

Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub. Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti m...

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi

23 iyun tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Səudiyyə Ərəbistanı Krallığına yola düşüb. ...

Rusiya hərbçiləri Azərbaycan-Ermənistan sərhədində - Nə baş verir?

"Erməni mənbələr Azərbaycan-Ermənistan sərhədinin Geğarkunik bölgəsində Rusiya hərbçilərinin yerləşdiriləcəyi haqda məlumatlar yayıb. Ermənistanın Təhlükəsizl...