No Image
No Image

Rusiyalı turistlər Türkiyədə oğurluq etdilər - VİDEO

Rusiyalı turistlər Türkiyədə oğurluq etdilər - VİDEO
Türkiyənin İstanbul şəhərində rusiyalı turistlər tanınmış markaya aid çanta oğurlayıblar.

Sfera.az xəbər verir ki, iki nəfər Rusiya vətəndaşı Sarıyerdə ticarət mərkəzindən 250 min lirə dəyərində (təxminən, 49 475 AZN) çanta oğurlayıblar.

Müşahidə kamerasına düşən görüntülərdən bəlli olub ki, həmin şəxslərdən biri heç kimin onu görmədiyinə əmin olduqdan sonra mağazanın vitrinindən çantanı götürüb və özü ilə gətirdiyi çantanın içinə qoyub.

Onun özü ilə apardığı çanta xüsusi hazırlanıb və siqnalizasiya bloklayıcı xüsusiyyətə sahib olub.

Məsələdən xəbər tutan satıcılar bu barədə polisə bildiriblər.

Bir gün sonra Şişli rayonunda da eyni oğurluğun törədilməsindən sonra Rusiya vətəndaşları İvan Fufayev və Sergey Çernikov tutularaq məhkəmə qərarı ilə həbs ediliblər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

ABŞ İranın 33 saytının fəaliyyətini blokladı

ABŞ Ədliyyə Nazirliyi İran İslam Respublikasının Radio-Televiziya Şirkətinin nəzdində fəaliyyət göstərən 33 İran saytının fəaliyyətini bloklayıb. Sfera.az...

Bir ailənin dörd üzvü müəmmalı şəkildə öldü

Rusiyada ailə faciəsi yaşanıb. Sfera.az xəbər verir ki, Volqoqradda dörd nəfər evin su quyusunu təmizləyərkən müəmmalı şəkildə ölüblər. İstintaq qru...

Ərdoğan Məşvərət Şurasının iclasını keçirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məşvərət Şurasının iclasını keçirib. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İct...

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 65 nəfər koronavirusun qurbanı olub...

AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Siyasi və ictimai qərar qəbuletmədə az təmsil olunan qruplara məxsus olan qadınların iştiraklarının yaxşılaşdırılma...

"Rusiya və Çini hədəf almadığınıza inanmırıq" - Rusiyadan NATO-ya ULTİMATUM

Rusiya Müdafiə Naziri Sergey Şoyqu, NATO-nun bölgədə aktiv raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini Rusiya üçün təhlükə hesab edib.   ...