No Image
No Image

XİN rəhbəri Britaniyaya təşəkkür etdi

XİN rəhbəri Britaniyaya təşəkkür etdi
Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpı qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sfera.az-a verilən məlumata görə, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, üçtərəfli bəyanatların icrası ilə əlaqədar Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar barədə məlumat verib. Nazir Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Tərəflər pandemiya ilə bağlı məsələlər, o cümlədən ölkədə sərt karantin rejiminin yumşaldılması istiqamətində görülən tədbirlər, xarici ölkə vətəndaşlarının səfərləri və s. ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin gündəliyinə 12 məsələ daxil edildi

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb. Sfera.az xəbər verir ki, iyunun 25-də keçiriləcək iclasın gündəliyinə 12 ...

Prezident onlara general-mayor rütbəsi verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rafiq Ramazanova "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az sərəncamın mətnin...

Prezident ona general-leytenant rütbəsi verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Fazil Ağalarova "general-leytenant” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az xəbər verir ki, sərəncamla...

İlham Əliyev Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdi

Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub. Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti m...

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi

23 iyun tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Səudiyyə Ərəbistanı Krallığına yola düşüb. ...

Rusiya hərbçiləri Azərbaycan-Ermənistan sərhədində - Nə baş verir?

"Erməni mənbələr Azərbaycan-Ermənistan sərhədinin Geğarkunik bölgəsində Rusiya hərbçilərinin yerləşdiriləcəyi haqda məlumatlar yayıb. Ermənistanın Təhlükəsizl...